ABŞ turist vizalarına görə rüsum məbləğini dəyişdirir

Tokio, 14 aprel , /AJMEDIA/

ABŞ mayın 30-dan etibarən turist vizalarına görə rüsum məbləğini dəyişdirir.
CNN agentliyinin verdiyi məlumata görə, Amerika hökuməti bütün ölkələr üçün qeyri-immiqrasiya vizalarının bəzi növlərinin, o cümlədən turistlər və tələbələr üçün bəzi müraciətlərin işlənilməsinə görə rüsumun məbləğini artıracaq.
AJMEDIA xəbər verir ki, məlumata görə, biznes və turizm üçün qonaq vizalar, həmçinin bəzi başqa vizalar, məsələn tələbələr və mübadilə qaydasında müsafirlər üçün rüsum məbləği artırılaraq 160 dollardan 185 dollara çatdırılacaq. Müvəqqəti işçilər və biznes-vizaların bəzi tipləri üçün ödəniş artırılacaq.
ABŞ Dövlət Departamenti bəyan edib ki, immiqrasiya vizalarının rəsmiləşdirilməsinə görə rüsumlar “viza alınması ilə bağlı göstərilən xidmətlərin faktiki dəyəri əsasında və bu xidmətlərin dəyəri tədqiq olunandan sonra müəyyən edilir”.
CNN daha sonra bildirir: “Dövlət Departamenti həm immiqrantların, həm də qeyri-immiqrantların Birləşmiş Ştatlara qanuni səfərlərini asanlaşdırmağa çalışır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts