ABŞ səfiri Rusiya XİN-ə çağırılıb

Tokio, 21 fevral , /AJMEDIA/

ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
AJMEDIA xəbər verir ki, Rusiya XİN ABŞ-nin Ukraynadakı döyüş əməliyyatlarına cəlb olunmasına, bu ölkəyə silah verməsinə etirazını bildirib. Səfirə təqdim olunmuş notada Ukraynaya verilən silahların, göndərilən xidmət personalının, eləcə də Amerika vətəndaşlarının qanuni hədəf olduğu qeyd edilib.
Rusiya tərəfi gərginliyi zəiflətmək üçün ABŞ hərbçilərini və texnikasını Ukraynadan çıxarmağa, “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin partladılması ilə bağlı izahat verməyə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts