ABŞ-ın Alabama ştatında atışma nəticəsində 4 nəfər ölü, çoxlu sayda yaralı var

Tokio, 16 aprel , /AJMEDIA/

ABŞ-ın Alabama ştatının Dedevil şəhərində atışma nəticəsində 4 nəfər həlak olub.
AJMEDIA xəbər verir ki, Alabama Polis Departamentindən verilən açıqlamaya görə, şənbə günü yerli vaxtla saat 22:30 radələrində bir yeniyetmənin ad günü mərasiminin keçirildiyi rəqs studiyasında baş verən silahlı hücumda 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Alabama ştatının qubernatoru Kay İvey tviter hesabında yazıb: “Bu səhər mən Dadeville əhalisi və Alabamadan olan qardaş və bacılarımla birlikdə yas tuturam. Bizim ştatda şiddətli cinayətlərə yer yoxdur”. O, məsələni yaxından araşdırdıqlarını qeyd edib.
Hakimiyyət orqanları hələ ki, atışma ilə bağlı hər hansı açıqlama verməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts