20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turnirinə yekun vurulub

Tokio, 24 yanvar, /AJMEDIA/

Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI “Arpachay Open” beynəlxalq turniri başa çatıb.

AJMEDIA AZƏRTAC- a istinadla xəbər verir ki, ənənəvi yarışda Azərbaycan, Rusiya və Ukraynanın 6-7, 8-9, 10-11, 12-13, 14-15, 16-18 və 21 yaşadək karateçiləri iştirak ediblər. Ümumilikdə, turnirdə 570 idmançı 31 klubu təmsil edib.

Yekun nəticədə 17 qızıl, 16 gümüş və 20 bürünc medal qazanan “Arpaçay” klubunun yetirmələri medal əyarına görə birinci yeri tutublar. Daha çox final görüşlərinə çıxan – 14 qızıl, 20 gümüş və 35 bürünc medala sahib olan “Qaraqaplan” klubu medal əyarında ikinci olsa da, mükafatların sayına görə birinci pillədə qərarlaşıb. Dağıstan idmançıları isə 5 qızıl, 4 gümüş və 4 bürünc medalla ümumi nəticədə üçüncü olublar.

Turnirin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, onları sağlam həyat tərzinə istiqamətləndirmək, asudə vaxtın səmərəli təşkili, idmana olan marağının artırılmasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts