Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək

Tokio, 29 Oktyabr, /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Böyün Britaniyaya səfər edəcək.

AJMEDIA-nın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bilbidiriblər.

Məlumata əsasən, 30-31 oktyabr tarixlərində İtaliyaya baş tutacaq səfəri zamanı T.Ərdoğan “Böyük iyirmilik” (G20) sammitində iştirak edəcək.

Bildirilir ki, 1-2 noyabr tarixlərində isə dövlət başçısı Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Böyük Britaniyada səfərdə olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts