Yaponiyada atəşfəşanlıq məmulatları fabrikində yanğın baş verib

Tokio, 5 Oktyabr, /AJMEDIA/

Oktyabrın 5-də Yaponiyanın Hokkaydo prefekturasında yerləşən Otaru şəhərində atəşfəşanlıq məmulatları istehsal edən fabrikdə yanğın baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yerli yanğınsöndürmə idarəsinin məlumatına görə, ən azı üç nəfər müxtəlif dərəcəli yanıqlarla xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti çox ağırdır.

Hazırda yanğının yayılmasının qarşısını almaq istiqamətində cəhdlər davam etdirilir. Fabrikin ərazisində tez-tez partlayış səsləri eşidilir. Yerli sakinlərə əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts