Xorvatiya – Mərakeş matçının hakimləri bəlli olub

Tokio, 16 dekabr , /AJMEDIA/

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında oynanılacaq üçüncü yer uğrunda görüşün hakimləri müəyyənləşib.
AJMEDIA xəbər verir ki, matçın baş hakimi qətərli Əbdülrəhman Əl-Cassim olacaq. Ona həmyerliləri Taleb Əl-Mari və Səud Əl-Maqali kömək edəcəklər. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 17-də keçiriləcək Xorvatiya – Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts