UEFA Avropa Liqası: “Bayer” çempionluğa namizədlər siyahısında ikinci pillədə

Tokio, 7 mart , /AJMEDIA/

UEFA Avropa Liqasında çempionluğa namizəd olan klubların adları müəyyənləşib.

AJMEDIA “Opta” analitik agentliyinə istinadən xəbər verir ki, 10 komandanın yer aldığı siyahıya İngiltərə “Liverpul”u başçılıq edir. Mersisayd təmsilçisinin 1/4 finala yüksəlmə ehtimalı 80,9 faiz, yarımfinala yüksəlmə ehtimalı 61,2 faiz, finala yüksəlmə ehtimalı isə 45,5 faiz müəyyən edilib. Finalda qalib gəlmək ehtimalının 29,9 faiz olduğu bildirilib.

Bu mövsüm oynadığı bütün rəsmi matçlarda məğlub olmayan Almaniya “Bayer”i isə Avropa Liqasının favoritlər siyahısında ikinci yeri tutub. Leverkuzen klubunun 1/4 finala yüksəlmə ehtimalı 89 faiz, yarımfinala yüksəlmək ehtimalı 59,4 faiz, finala yüksəlmə ehtimalı isə 38,3 faiz olub. Xabi Alonsonun komandasının finalda qalib gəlmə ehtimalı 21,7 faiz olaraq müəyyən edilib.

Növbəti yerlərdə isə “Milan” (İtaliya), “Benfika” (Portuqaliya), “Sportinq” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vest Hem” (İngiltərə), “Brayton” (İngiltərə), “Roma” (İtaliya), “Marsel” (Fransa) komandaları qərarlaşıblar.

Qeyd edək ki, “Bayer” bu gün Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq. Görüş saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq. Komandalar arasında cavab qarşılaşması isə martın 14-də Almaniyada baş tutacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts