Türkiyə Superliqası: “Beşiktaş” xal itirib

Tokio, 5 aprel , /AJMEDIA/

Futbol üzrə Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.

AJMEDIA xəbər verir ki, son oyun günündə iki matç keçirilib. “Beşiktaş” səfərdə “Başakşəhər”in qonağı olub. Görüş qollu heç-heçə ilə yekunlaşıb – 1:1.

Günün digər oyunu olan “Samsunspor” – Pendikspor” matçı da bərabərliklə bitib – 0:0.

Qeyd edək ki, turnir cədvəlinə 84 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 82 xalla ikinci, “Trabzonspor” isə 52 xalla üçüncü pillədə qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts