Taekvondoçularımız İngiltərədə Qran-Pri turnirində iştirak edəcəklər

Tokio, 18 oktyabr , /AJMEDIA/

İngiltərənin Mançester şəhərində taekvondo və parataekvondo üzrə Qran-Pri turniri keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından AJMEDIA-ya bildiriblər ki, Azərbaycan millisi hər iki yarışda qüvvəsini sınayacaq.
Ölkəmiz oktyabrın 20-də baş tutacaq parataekvondoçuların mübarizəsində baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Röyalə Fətəliyeva (K44, 47 kq), Sabir Zeynalov (K44, 58 kq), İmaməddin Xəlilov (K44, 70 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) ilə təmsil olunacaq. Komanda Mançesterə bu gün yollanacaq.
Taekvondoçuların yarışında isə Qaşım Maqomedov (58 kq) dayanq üzərinə çıxacaq. O, Qran-Priyə oktyabrın 19-da baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında yollanacaq. Yarışda taekvondoçular oktyabrın 21-23-də güclərini yoxlayacaqlar.
Qeyd edək ki, Cavad Ağayev və Fəridə Əzizova yarışa dəvət alsalar da, zədə səbəbindən iştirak edə bilməyəcəklər.
Mançesterdə döyüşləri idarə edəcək hakimlər sırasında beynəlxalq dərəcəli referimiz Aygün Abdullayeva da olacaq

Follow us on social

Facebook Twitter Youtube

Related Posts