“Təhsil” RİM-in boksçuları Avropa çempionatında uğurla çıxış ediblər

Tokio, 25 aprel , /AJMEDIA/

Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri Bolqarıstanda keçirilən boks üzrə Avropa çempionatının qızıl və bürünc medallarını qazanıblar.
“Təhsil” Respublika İdman Mərkəzindən (RİM) AJMEDIA-ya bildiriblər ki, 40 ölkədən 400-dən çox idmançının qatıldığı qitə yarışında Azərbaycan komandası tam heyətlə – 13 idmançı ilə təmsil olunub.
Yığmanın tərkibində çıxış edən “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Kənan Babayev 48 kiloqram çəki dərəcəsində Avropa çempionu adını qazanıb. 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin boksçusu Amin Məmmədzadə (51 kq) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, yarışda Azərbaycan millisinin heyətində çıxış edən gənc boksçuların 8-i Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələridir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts