Stolüstü tennisçimiz beynəlxalq yarışda bürünc medal qazanıb

Tokio, 22 may , /AJMEDIA/

Stolüstü tennisçimiz Yağmur Məmmədli daha bir beynəlxalq yarışın mükafatını qazanıb.
AJMEDIA xəbər verir ki, istedadlı idmançı mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medala layiq görülüb.
22 ölkənin tennisçilərinin qatıldığı turnirin qrup mərhələsini ikinci yerdə başa vuran Yağmur dörddəbir finalda serbiyalı Teodora Sudzumu mübarizədən kənarlaşdırıb. Yarımfinalda isə o, Cənubi Koreya idmançısı Li Haelinə uduzaraq bürünc medalla kifayətlənib.
Qeyd edək ki, “Eurotalent” seçimlərindən uğurla keçən Yağmur Məmmədli Avropanın ən istedadlı stolüstü tennisçiləri sırasındadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts