Şahmatçımız İspaniyada festivalda liderlər qrupunda mübarizəni davam etdirir

Tokio, 20 dekabr, /AJMEDIA/

İspaniyanın Sitjes şəhərində şahmat festivalında Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.

AJMEDIA xəbər verir ki, yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçılarından Eltac Səfərli 6 turun nəticəsinə görə 5 xalla liderlər qrupunda mübarizə aparır. Digər şahmatçılarımız – Aydın Süleymanlı, Məhəmməd Muradlı 4,5, Ülviyyə Fətəliyeva 4, Babək Cəfərli 3, Amil Abbasov 2,5, İlyas Qarayev 2 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir ki, onlardan da 55-i qrosmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts