Sablya üzrə milli komandamız dünya kubokunda ikinci olub

Tokio, 31 yanvar, /AJMEDIA/

Sablya üzrə milli komandamız dünya kubokunda ikinci olub.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışının finalında Fransa millisinə 39:45 hesabı ilə uduzub.

Yığmamız finala gedən yolda ABŞ (45:39), Macarıstan (45:39) və Bolqarıstanı (45:32) təmsil edən komandalara qalib gəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts