Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirinin dördüncü turunda polşalı şahmatçı ilə mübarizə aparacaq

Tokio, 25 aprel , /AJMEDIA/

Aprelin 25-də şahmat üzrə “Oslo Esports Cup” turnirinin dördüncü turunun oyunları keçiriləcək.
AJMEDIA xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti mərhələdə polşalı Yan Kşiştov Duda ilə mübarizə aparacaq.
Qeyd edək ki, üçüncü qarşılaşmada şahmatçımız Kanada təmsilçisi Erik Hansenə uduzub.
Turnirin iştirakçıları hər turda rapid üzrə (15 dəqiqə + 10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparırlar. Yarış aprelin 28-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts