Rusiya və Belarus vətəndaşları Boston marafonundan kənarlaşdırılıblar

Tokio, 7 aprel , /AJMEDIA/

Bu il təşkil ediləcək Boston marafonu üçün qeydiyyatdan keçmiş Rusiya və Belarus vətəndaşları yarışa buraxılmayacaq.

AJMEDIA xəbər verir ki, bu barədə Boston marafonunun mətbuat xidməti məlumat yayıb. Belə bir qərarın Ukraynadakı vəziyyətə görə qəbul edildiyi bildirilir. Boston marafonunda iştirak qadağası bu ölkələrdə yaşamayan Rusiya və Belarus vətəndaşlarına təsir etməyəcək, lakin idmançılar bu ölkələrin bayraqları altında yarışa bilməyəcəklər. Təşkilatçılar, həmçinin bildiriblər ki, bu dövlətlərin təmsilçiləri mövcud sanksiyalara uyğun olaraq bundan sonra bu yarışa qatıla bilməyəcəklər.

Boston marafonu 1897-ci ildən keçirilir. Builki yarış aprelin 18-də təşkil ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts