Premyer Liqa: “Qarabağ” “Zirə”ni məğlub edib

Tokio, 10 mart , /AJMEDIA/

Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

AJMEDIA xəbər verir ki, günün ikinci qarşılaşmasında “Qarabağ” doğma meydanda “Zirə”ni qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində 43-cü dəqiqədə Nəriman Axundzadə, 77-ci dəqiqədə penaltidən Riçard Almeyda, 81-ci dəqiqədə Adama Diakabi fərqləniblər. Qonaqların yeganə qoluna isə 79-cu dəqiqədə Sezar Meza Kolli imza atıb.

Bu nəticədən sonra xallarının sayını 63-ə çatdıran “Qarabağ” liderliyini daha da möhkəmləndirib. “Zirə” isə 36 xalla altıncı yerdə qərarlaşıb.

Günün ilk görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, turun digər qarşılaşmalarında “Sumqayıt” “Səbail”ə 1:0, “Sabah” “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. “Kəpəz” – “Neftçi” görüşü isə qollu heç-heçə ilə bitib – 3:3.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts