Paraatletlərimiz Dubayda Qran-Pri turnirində güclərini sınayacaqlar

Tokio, 22 fevral , /AJMEDIA/

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika üzrə komandası Dubayda keçiriləcək Qran-Pri turnirində iştirak edəcək.
AJMEDIA AMPK-ya istinadla xəbər verir ki, fevralın 22-dən martın 2-dək keçiriləcək yarış “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandıracaq.
Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts