“Marsel” – “Qarabağ” matçı neytral ölkədə keçirilə bilər

Tokio, 28 yanvar, /AJMEDIA/

Ağdamın “Qarabağ” klubunun Fransada “Marsel”ə qarşı keçirməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə oynanıla bilər.

AJMEDIA xəbər verir ki, bu barədə “L Equipe” nəşri məlumat yayıb. Buna səbəb Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.

Mənbənin məlumatına görə, Avropa futbol qurumu məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.

Qeyd edək ki, “Qarabağ” klubu “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu ayın 24-də evdə keçirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts