Maqnus Karlsen yenidən dünya çempionu olub

Tokio, 11 dekabr, /AJMEDIA/

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda dünya çempionatında 11-ci turun oyunları keçirilib.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, növbəti turda rusiyalı şahmatçını məğlub edən dünya çempionu 7,5:3,5 hesablı üstünlük əldə edərək vaxtından əvvəl dünya çempionatının qalibi olub.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına yiyələnib. O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində V.Anand, 2016-cı ildə ABŞ-ın Nyu-York şəhərində rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts