Karate və parakarateçilərimiz Avropa çempionatında daha 3 medal qazanıblar

Tokio, 29 may , /AJMEDIA/

Türkiyənin Qaziantep şəhərində karate və parakarate üzrə Avropa çempionatı davam edir.
AJMEDIA xəbər verir ki, komandamız qitə çempionatında daha 3 medal qazanıb. Belə ki, parakarate üzrə görmə qüsurlular kateqoriyasında qadınlar arasında Emiliya Mitilinova qızıl medala layiq görülüb. Eyni yarışda kişilər arasında Nihat Məmmədzadə ikinci yeri tutub. Bürünc medalı isə kişilərdən ibarət komandamız kata yarışında qazanıb.
Qeyd edək ki, bundan əvvəl böyüklərin kumite yarışında Mədinə Sadiqova (55 kq) üçüncü yerə sahib olub.
Bu gün komanda kumite yarışlarının finalında karateçilərimiz Fransa idmançıları ilə mübarizə aparacaq. Parakarate yarışlarında isə Eldar Əhmədov əlil arabasında final görüşündə ispaniyalı rəqibinə qarşı çıxış edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts