İlin sonuna qədər ABŞ və Çin rəhbərlərinin görüşü keçirilə bilər

Tokio, 7 Oktyabr, /AJMEDIA/

ABŞ və Çin ilin sonuna qədər ikitərəfli videokonfrans formatında zirvə görüşünü keçirmək üçün prinsipial razılığa gəliblər.

AJMEDIA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsinə istinadla bildirib.

O, jurnalistlərə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Siyasi Bürosunun üzvü, ÇKP MK-nin Xarici Əlaqələr Komissiyası Katibliyinin rəhbəri Yan Tszeçi Sürixdəki keçirilən danışıqlarda iştirak ediblər. ABŞ icra hakimiyyətinin nümayəndəsi görüşün təxminən altı saat davam etdiyini bildirdi. ABŞ rəsmisinə görə, tərəflər mart ayında Alyaskanın Ankoridc şəhərində baş verənlərdən fərqli olaraq birbaşa və genişmiqyaslı danışıqlar apardılar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts