Formula 1 Azərbaycan Qran-Prisinin başlamasına 2 ay qalıb

Tokio, 14 aprel , /AJMEDIA/

Formula 1 Azərbaycan Qran-Prisinin başlamasına 2 ay qalıb.

AJMEDIA xəbər verir ki, iyunun 10-12-də keçiriləcək mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyəcan yaşadacaq.

Ötən il pandemiya səbəbindən tamaşaçısız keçirilən Formula 1 Azərbaycan Qran-Prisini bu il yenidən canlı izləmək imkanı olacaq.

Builki yarışa bilet satışı fevralın 22-də start götürüb. Hazırda biletlər daha çox Azərbaycan, ABŞ, Böyük Britaniya, Niderland və digər Avropa ölkələrindən olan azarkeşlər tərəfindən alınır.

Pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə axşam konsert proqramı nəzərdə tutulmasa da, ötən illərdə olduğu kimi, bu il də bir qədər fərqli, müxtəlif əyləncə proqramları təşkil olunacaq.

2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə ən coşqulu, dinamik və gözlənilməz nəticələr təqdim edərək geniş tamaşaçı kütləsi və pilotların sevimlisinə çevrilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts