Formula 1 Azərbaycan Qran-Prisi üçün vauçerlərin elektron biletlərə dəyişdirilməsinə başlanıb

Tokio, 6 aprel , /AJMEDIA/

2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər. Vauçerlərin dəyişdirilməsi prosesi aprelin 6-dan başlayıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AJMEDIA-ya bildiriblər ki, vauçerləri əldə etmiş bilet sahibləri www.bakucitycircuit.com veb səhifəsindən şəxsi hesablarına daxil olaraq elektron bileti yükləyə bilərlər. Qeyd edək ki, bu ilki yarışlar üçün ancaq elektron biletlər nəzərdə tutulub.
Biletlərini kassadan əldə edən və yalnız vauçer üzərində adı qeyd edilən şəxslər satış məntəqələrinə yaxınlaşaraq vauçerləri və şəxsiyyət vəsiqələrini təqdim etməklə onları elektron biletə dəyişə bilərlər.
Qeyd edək ki, yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür.
BŞH builki yarışa bilet almış hər bir şəxsə mübadilə prosesini gecikdirməməyi tövsiyə edir. Hazırda bilet satışı şəhərin kassalarında və eləcə də onlayn formada davam edir.
Azarkeşlər biletlər və tribunalar ilə bağlı ətraflı məlumat üçün www.bakucitycircuit.com veb səhifəsini daxil olub və ya BŞH-nin mobil tətbiq etməsini də yükləyərək son yeniliklərdən xəbərdar ola bilərlər.
Elektron biletin üzərində barkod mövcuddur. Tədbirə bir bilet ilə yalnız bir tamaşaçı daxil ola bilər. Eyni biletin birdən çox nüsxəsi təqdim olunduqda yalnız ilk skan olunmuş bilet etibarlı hesab ediləcək. Bu baxımdan azarkeşlərin bilet üzərindəki məlumatları məxfi saxlaması vacibdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts