“Fənərbaxça”nın Avropa Liqasındakı rəqibi məlum olub

Tokio, 24 fevral , /AJMEDIA/

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
AJMEDIA xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə növbəti raundun cütləri bəlli olub. Qitənin ikinci dərəcəli klub turniri olan UEFA Avropa Liqasında mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib. Yarışda qrup qalibi olan komandalar pley-off mərhələsini keçənlərlə qarşılaşacaq.
Püşkün nəticəsinə görə 1/8 final mərhələsində İstanbulun “Fənərbaxça” komandası “Sevilya” ilə qarşılaşacaq.
Bu raundun ilk görüşləri martın 9-da baş tutacaq. Cavab oyunları bir həftə sonra keçiriləcək.

UEFA Avropa Liqası- 1/8 final

“Union” Berlin (Almaniya) – “Union” (Belçika)
“Sevilya” (İspaniya) – “Fənərbaxça” (Türkiyə)
“Yuventus” (İtaliya) – “Frayburq” (Almaniya)
“Bayer” Leverkuzen (Almaniya) – “Ferentsvaroş” (Macarıstan)
“Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) – “Betis” (İspaniya)
“Roma” (İtaliya) – “Real Sosyedad” (İspaniya)
“Şaxtyor” Donetsk (Ukrayna) – “Feyenoord” (Niderland)

Follow us on social

Facebook Twitter Youtube

Related Posts