Dünya çempionatı: Bu gün dörddəbir finalın iştirakçıları müəyyənləşəcək

Tokio, 29 Sentyabr, /AJMEDIA/

Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının beşinci turunun oyunları keçiriləcək.

AJMEDIA xəbər verir ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası bu mərhələdə İspaniya komandasına qarşı mübarizə aparacaq.

Qeyd edək ki, bu gün hər qrupda dörddəbir finala vəsiqə qazanacaq 4 komanda müəyyənləşəcək. Komandamız Rusiya, Hindistan, İspaniya, Fransa, Ermənistanın yer aldığı A qrupunda mübarizə aparır. Hazırda komandamız 2 xalla 5-ci pillədədir. Turnir cədvəlinə 8 xalla Rusiya yığması rəhbərlik edir.

Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts