Çilinin Atakama səhrasında dünyanın ən böyük astronomik kamerası quraşdırılır

Tokio, 6 iyun , /AJMEDIA/

Çilinin Atakama səhrasında dünyanın ən böyük astronomik kamerası quraşdırılır.

AJMEDIA “Reuters” agentliyinə istinadla xəbər verir ki, 3,2 giqapikseldən çox ayırdetmə qabiliyyəti, 3 tona yaxın çəkisi və misli görünməmiş onillik kəşfiyyat aparmaq kimi iddialı vəzifəsi ilə optik astronomik tədqiqatlar üçün indiyə qədər quraşdırılan ən böyük rəqəmsal kamera Çilinin şimalının aydın səması altındakı rəsədxanada fəaliyyət göstərəcək.

Çilinin “Vera C. Rubin” rəsədxanası kameranın yığılması üçün lazım olan hissələri, o cümlədən yerüstü teleskop və kameranı bir neçə avtomobildə Santyaqodan Atakama səhrasının kənarında, təxminən 565 kilometr şimalda, Koquimbo bölgəsindəki Serro Paçon zirvəsinə gətirib.

AURA Universitetlər Assosiasiyasının baş elmi işçisi və NOIRLab mərkəzinin direktor müavini Stüart Korder bildirib ki, əməliyyatlar üçün lazım olan hər şey hazırdır və kamera bu ilin sonunadək quraşdırılacaq. O əlavə edib ki, Rubin Rəsədxanası geniş sahəyə malik yerüstü teleskop, kamera və məlumatların avtomatlaşdırılmış emalı sistemindən ibarət mürəkkəb, inteqrasiya olunmuş sistemdir. O, hər gecə təxminən 20 terabayt məlumat əldə edəcək və 15 petabaytlıq kataloq-məlumat bazası yaradacaq. Kəşfiyyatın məqsədi kainatdakı qaranlıq enerjinin və qaranlıq maddənin təbiətini anlamaq və Yer kürəsinin asteroidlərlə, ya da Günəş orbitində olan ulduz və planetlərlə toqquşması ehtimalını öyrənmək olacaq.

“AURA 47” ABŞ Milli Elm Fondu və NASA üçün astronomik rəsədxanaları idarə edən üç beynəlxalq filialdan ibarət konsorsiumdur. O, digər məsələlərlə yanaşı, NOIRLab mərkəzinin idarə olunmasına cavabdehdir.

Çili dünyanın ən quraq səhrası olan Atakamanın aydın səması sayəsində astronomiyada qlobal sərmayənin böyük hissəsini cəlb edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts