Cənubi Koreya KXDR-ə növbəti sanksiyalar tətbiqini elan edib

Tokio, 14 oktyabr , /AJMEDIA/

Cənubi Koreya son 5 ildə ilk dəfə olaraq Koreya Xalq Demokratik Respublikasına (KXDR) nüvə-raket fəaliyyəti ilə əlaqədar birtərəfli sanksiyalar tətbiqini elan edib.
AJMEDIA “Yonhap” agentliyinə istinadla xəbər verir ki, sanksiyalar Şimali Koreyanın nüvə-raket proqramında iştirak edən 15 rəsmi şəxsi və 16 qurumu əhatə edir. Onlar arasında Dənizçilik Administrasiyası, Xam Neft Sənayesi Nazirliyi, Şimali Koreyanın müdafiə sənayesi üçün satınalmalar üzrə ixtisaslaşan “Korea Ryonbong” konqlomeratı, ballistik raketlərin tədqiqatı ilə məşğul olan Milli Müdafiə Elmləri Akademiyası, Raket Sənayesi Nazirliyinə aid gəmiçilik şirkətləri də var.
“Biz Şimali Koreyanı son zamanlar görünməmiş tezliyə malik raket təxribatlarının təşkilinə və habelə bizə qarşı taktiki nüvə silahından istifadə təklifinə görə qətiyyətlə qınayırıq”, – deyə Cənubi Koreya Xarici İşlər Nazirliyinin (XİN) məsələyə dair açıqlamasında qeyd olunur. Pxenyanın təxribatlarının davam edəcəyi halda əlavə sanksiyaların tətbiqinin də mümkün olduğunu bəyan edən Cənubi Koreya tərəfi ABŞ, Yaponiya, Avstraliya, Avropa İttifaqı və digər dost ölkələrlə yaxın təmaslarda Pxenyana qarşı sanksiyaların səmərəliliyinin müzakirəsinin planlaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, Cənubi Koreyanın yeni sanksiyaları Pxenyanın sentyabrın son günlərindən bəri aktivləşən raket buraxılışları fonunda Koreya yarımadasında vəziyyətin gərginləşməsi dövrünə təsadüf edir. Bu, rəsmi Seulun Şimali Koreyaya 2017-ci ildə 6-cı nüvə silahı sınağı ilə əlaqədar tətbiq etdiyi sanksiyalardan sonra ilk oxşar addımdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts