Bu gün Portuqaliya Qran-Prisində iki cüdoçumuz mübarizəyə başlayacaq

Tokio, 28 yanvar, /AJMEDIA/

Bu gün Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək.

AJMEDIA xəbər verir ki, yarışın birinci günündə 2 idmançımız – Balabəy Ağayev və Rövşən Əliyev (hər ikisi 60 kq) tatamiyə çıxacaq. Belə ki, B.Ağayev startda özbəkistanlı Baxrom Boturov, R.Əliyev isə Braziliya təmsilçisi Allan Kuvovara ilə görüşəcək.

Qeyd edək ki, turnirdə Azərbaycanın 5 cüdoçusu iştirak edəcək.

Yarışda 41 ölkədən 400-ə yaxın idmançının iştirakı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts