Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək

Tokio, 20 oktyabr , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
AJMEDIA AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu gün keçiriləcək turun ilk oyununda “Qarabağ” komandası “Turan Tovuz”la qarşılaşacaq. Oyun “Azersun Arena”da 19:00-da başlayacaq. “Qarabağ” komandası 27 xalla liderdir, Tovuz təmsilçisi isə 12 xalla altıncı pilləni tutur. Matçın baş hakimi Vüqar Həsənli olacaq.
XI turun növbəti oyunları oktyabrın 22-23-də keçiriləcək. Belə ki, “Qəbələ” – “Kəpəz”, “Sumqayıt” – “Zirə” görüşləri oktyabrın 22-də, “Səbail” – “Şamaxı” və “Neftçi” – “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də baş tutacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts