Böyük Britaniyanın İrandakı səfirinə ikinci dəfə etiraz notası təqdim olunub

Tokio, 11 oktyabr , /AJMEDIA/

Son 10 gün ərzində Böyük Britaniyanın İrandakı səfiri ikinci dəfə Xarici İşlər Nazirliyinə çağırılır.
AJMEDIA xəbər verir ki, sentyabrın 16-dan başlayaraq İranda davam edən etirazlara dəstək məqsədilə rəsmi London İranın əxlaq polisinə və onun rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
İran tərəfi Böyük Britaniyanın bu addımını daxili işlərə qarışmaq kimi qiymətləndirib və səfiri nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.
Səfir etiraz notasını dərhal hökumətinə çatdıracağını bildirib.
Qeyd edək ki, sentyabrın 15-də əxlaq polisinin 22 yaşlı Məsihə Əmini adlı qıza baş örtüyünü düzgün örtmədiyi üçün zor tətbiq etməsi və nəticədə gənc qızın ölməsi İranda ciddi etirazlara səbəb olub. Böyük şəhərlərdə etiraz aksiyaları davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts