Bədii gimnastlarımız Özbəkistanda dünya kuboku yarışlarında çıxış ediblər

Tokio, 20 aprel , /AJMEDIA/

Özbəkistanın paytaxtı Daşkənddə bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib.
AJMEDIA Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi fərdi proqramda Alina Gözəlova və İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Nərgiz Ramazanovadan ibarət Azərbaycan millisinin ikinci heyəti təmsil edib. Komandamızın üzvlərindən İlona Zeynalova halqa ilə hərəkətlərdə finala adlayaraq 8-ci pillədə qərarlaşıb.
Qrup hərəkətləri komandamız isə həlledici mərhələdə 2 top və 3 lentlə hərəkətlərin icrasında dördüncü olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts