Azərbaycan voleybolçularının təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub

Tokio, 14 mart , /AJMEDIA/

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının təsnifat mərhələsindəki oyunlarının vaxtları bəlli olub.

Azərbaycan Voleybol Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, yığma ilk görüşünü bu il Avstriya seçməsinə qarşı keçirəcək. Oyun 17 və ya 18 avqustda olacaq. Fərid Cəlalovun rəhbərlik etdiyi komanda 24 və ya 25 avqustda doğma meydanda Belçikanı sınağa çəkəcək. Azərbaycan millisi növbəti il avqustun 13-də Belçika ilə səfərdə, 16 və ya 17 avqustda Avstriya ilə evdə üz-üzə gələcək.

Qeyd edək ki, seçmə mərhələdə 21 yığma yeddi qrupda çıxış edəcək və onlardan 12-si qitə birinciliyinə vəsiqə qazanacaq. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts