Azərbaycan Premyer Liqası: “Kəpəz” dramatik oyunda “Neftçi”dən xal alıb

Tokio, 9 mart , /AJMEDIA/

Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

AJMEDIA xəbər verir ki, “Kəpəz” “Neftçi”ni qəbul edib. Tovuz şəhər stadionunda reallaşan görüş bol qollu sülhlə yekunlaşıb – 3:3.

“Kəpəz”in heyətində Martins Junior dubl edib. Digər qolu Elçin Əlicanov vurub. “Neftçi”də isə hər üç qola Filip Ozobiç imza atıb.

Günün ikinci oyunu isə Masazırda təşkil olunacaq. Burada “Sabah” “Qəbələ”ni qəbul edəcək. “Bank Respublika Arena”sında keçiriləcək matç saat 17:30-da başlayacaq.

Turun açılış görüşündə ötən gün “Sumqayıt” səfərdə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura martın 10-da keçiriləcək “Turan Tovuz” – “Araz-Naxçıvan” və “Qarabağ” – “Zirə” oyunları ilə yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts