Azərbaycan kuboku uğrunda yarışın 2022/2023-cü il mövsümünün püşkü atılıb

Tokio, 20 oktyabr , /AJMEDIA/

Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın 2022/2023-cü il mövsümünün püşkü atılıb.
AJMEDIA AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 14 komandanın iştirakı ilə keçiriləcək kubok mövsümündə mübarizə səkkizdəbir final mərhələsindən başlayacaq. Dörddəbir final mərhələsindən etibarən oyunlarda ev-səfər prinsipi tətbiq olunacaq.
Püşkə əsasən, səkkizdəbir final mərhələsində “Qəbələ” – “Araz Naxçıvan”, MOİK – “Səbail”, “Sabah” – “Qaradağ Lökbatan”, “Kəpəz” – “Sumqayıt”, “Şamaxı” – “Turan Tovuz” və “Mingəçevir” – “Zirə” oyunları keçiriləcək. Bu mərhələnin matçları noyabrın 22-23-də təşkil olunacaq.
Dekabrın 8-9-da və 19-20-də dörddəbir final mərhələsi çərçivəsində “Qarabağ” klubu “Qəbələ” / “Araz Naxçıvan” cütünün qalibi, MOİK / “Səbail” cütünün qalibi “Sabah” / “Qaradağ Lökbatan” matçının qalibi, “Kəpəz” / “Sumqayıt” cütünün qalibi “Şamaxı” / “Turan Tovuz” cütünün qalibi, “Mingəçevir” / “Zirə” cütünün qalibi isə “Neftçi” ilə qarşılaşacaq.
Azərbaycan kuboku uğrunda yarışa gələn il iyunun 3-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts