ABŞ-ın nüvə sınaqlarından sonra Hiroşimadakı “Sülh saatı” fəaliyyətini bərpa edib

Tokio, 14 aprel , /AJMEDIA/

Ötən il ABŞ-ın iki nüvə sınağı keçirməsi barədə məlumatların yayılmasından sonra Yaponiyanın Hiroşima şəhərindəki “Sülh saatı” fəaliyyətini bərpa edib.

AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, ötən il iyunun 22-də və sentyabrın 16-da Nevada ştatında keçirilən nüvə sınaqları barədə məlumat ictimailəşdikdən sonra Hiroşimadakı Sülh Xatirə Muzeyində quraşdırılan saatın rəqəmsal göstəricisi 499-dan 209-a dəyişdirilib.

ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinin yaydığı məlumata görə, həmin sınaqlar Co Baydenin hakimiyyəti dövründə ilk sınaqlardır və nəzərdə tutulan üç sınağın tərkib hissələridir.

Hiroşima Sülh Xatirə Muzeyində yerləşən və dünyada son nüvə sınağının qeydiyyatını aparan “Sülh saatı”nın göstəricisi 2022-ci il aprelin 14-də dəyişdirilib.

Qeyd edək ki, saatın bu göstəricisi 2020-ci ilin noyabrında Prezident Donald Trampın administrasiyası vaxtı keçirilən sınaqdan dəyişdirilmişdi.

Muzeyin direktoru Takyo Taçikava qlobal vəziyyətin son dərəcə gərginləşdiyi və nüvə silahının tətbiqi riskinin artdığı indiki dövrdə ABŞ-ın keçirdiyi sınaqlar böyük təəssüf hissi doğurur.

Xatırladaq ki, Hiroşimada yerləşən və hündürlüyü 3,1 metr təşkil edən “Sülh saatı” 2021-ci ildə, ABŞ-ın bu şəhərə atom bombası atmasının 56-cı ildönümü münasibətilə pasifistlər tərəfindən nüvə sınaqlarının qarşısını almaq məqsədilə şəhərə hədiyyə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts