Zaqatalada şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib

Tokio, 31 iyul , /AJMEDIA/

TƏBİB-in tövsiyəsi əsasında akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən iyulun 30-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsinin qaziləri üçün tibbi aksiya keçirilib.
AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məcid Əliyev məlumat verib.
Bildirilib ki, aksiya zamanı qeyd edilən həssas kateqoriyalardan olan 100-dək vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib. Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə təyin olunub. Eyni zamanda, xəstəliklərin müalicəsi üçün təyin edilən dərmanlar onlara pulsuz olaraq çatdırılıb.
Vətəndaşlar onlara göstərilən tibbi xidmətdən məmnunluğunu ifadə edib, aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts