Zaqatala, Balakən və Qaxda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 15 mərkəzdə aparılıb

Tokio, 21 aprel , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 21-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala, Balakən və Qax rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

AJMEDIA xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatalada 7, Balakəndə 5, Qaxda isə 3 mərkəz olmaqla, ümumilikdə 15 bina ayrılıb.

Buraxılış imtahanları Zaqatala şəhər 1, 2 və 3 nömrəli, Qazangül qəsəbə, Aşağı Tala kənd 1 və 3 nömrəli tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə, Balakən şəhər 1 və 3 nömrəli, Mahamalar və Hənifə kənd tam orta məktəblərdə, Texniki Humanitar təmayüllü liseydə, həmçinin Qax şəhər 2 nömrəli orta məktəb-lisey, 4 və 5 nömrəli tam orta məktəblərdə təşkil olunub.

İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM-in regional bölməsindən verilən məlumata görə, Zaqatalada keçirilən və ümumilikdə 1677 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 22 imtahan rəhbəri və 163 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 135 zal ayrılıb.

Balakəndə keçirilən buraxılış imtahanında 1124 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 112 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 93 zal müəyyən olunub.

Qax rayonunda keçirilən və 687 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına isə 8 imtahan rəhbəri və 63 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 53 zal ayrılıb.

Məktəbdəki imtahan zallarında şagirdlər üçün zəruri şərait yaradılıb. Ümumi imtahan rəhbəri Ceyhun Dövlətov bildirib ki, 271 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 25 nəzarətçi cəlb edilib. İmtahanlar məktəb binasının 21 zalında keçirilib.

DİM-in Şəki regional bölməsindən verilən məlumata görə, bütün imtahan mərkəzlərində imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts