Azərbaycanlı xanım dünyaca məşhur şirkətin vitse-prezidenti seçilib

Tokio, 18 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Azərbaycanlı xanım dünyaca məşhur şirkətin vitse-prezidenti seçilib
Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası Diaspor TV-nin İctimai televiziya ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının bir neçə buraxılışı Amerika Birləşmiş Ştatlarında çəkilib. Proqramın qonaqlarından biri dünyaca məşhur ExxonMobil şirkətinin vitse-prezidenti Leyla Levitski olub. Leyla Levitski müsahibəsində qazandığı uğurlardan, ölkəmizi tanıtmasından və gələcək planlarından danışıb.

Qeyd edək ki, jurnalist, DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramı 6 ildir fəaliyyət göstərən Diaspor TV-nin ən populyar proqramıdır. Bu günə qədər dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə soydaşımız proqramın qonağı olub, onların haqqında maraqlı süjetlər təqdim edilib. Dünya azərbaycanlılarından və ölkəmizin diaspor siyasətindən bəhs edən “Vətən uzaqda deyil” proqramı ayda iki dəfə saat 14.30-da İctimai TV-nin efirində yayımlanır.

ABŞ-da fəaliyyət göstərən ExxonMobil şirkətinin vitse-prezidenti Leyla Levitskinin müsahibəsini aşağıdakı linkdə izləmək olar:

Follow us on social

Facebook Twitter Youtube

Related Posts