Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

Tokio, 17 aprel , /AJMEDIA/

Nigeriya Federal Hökuməti bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) aktiv iştirak üçün hazırlıqlara başlayır.

AJMEDIA yerli mətbuata istinadla xəbər verir ki, Nigeriyanın Azərbaycanda COP29 ərəfəsində fəal iştirakına zəmin yaratmaq və COP28-in vacib nəticələrini açıqlamaq məqsədilə milli seminar keçirilib.

Seminar zamanı Nigeriyanın ətraf mühit naziri Balarabe Laval noyabrda Azərbaycanda keçiriləcək COP29 ərəfəsində ölkəsinin ekoloji məqsədlərinə nail olmaq üçün maraqlı tərəflərlə əməkdaşlıq etmələrinin vacib olduğunu bildirib.

“Bu seminar dövrümüzün ən böyük problemlərindən biri olan iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ortaq öhdəliyimizi simvollaşdırır. Biz həmçinin COP28-in mühüm nəticələrini müzakirə etmək, o cümlədən Nigeriyanın Azərbaycandakı COP29 konfransında fəal iştirakı üçün zəmin yaratmaq məqsədilə buradayıq. Bu gün biz, həmçinin gələcəkdə ölkəmizin ekoloji gündəmini idarə edəcək əsas sahələrini birlikdə müəyyən edəcək və prioritetləşdirəcəyik”, – deyə nigeriyalı nazir bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts