Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Tokio, 19 aprel , /AJMEDIA/

Azərbaycanda aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 758 millimetr civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts