Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Tokio, 17 aprel , /AJMEDIA/

Xalq arasında deyirlər ki, 40 yaşdan sonra bəzi durulaşdırıcı dərmanlar qəbul olunmalıdır. Bu fikrin doğru və yanlış tərəfləri var.

AJMEDIA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.

Onun sözlərinə görə, istənilən dərmanda olduğu kimi qandurulaşdırıcı kimi ciddi dərman qrupunu həkim tövsiyəsi və nəzarəti olmadan qəbul etmək təhlükəli nəticə verə bilər: “Qandurulaşdırıcıların nəzarətsiz istifadəsi ciddi qanaxmalara, qaraciyər çatışmazlığına səbəb ola bilər. Araşdırmalar zamanı 40-45 yaşdan yuxarı insanların uzun müddət həmin dərmanlardan istifadəsi ürək-damar probleminin qarşısını almağa imkan versə də, ciddi mədə-bağırsaq, beyin içi qanamalarla müşahidə edilir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts