“Zəfər yürüşü” turnirində iştirakçıların sayının çox olması sevindirici haldır

Tokio, 22 oktyabr , /AJMEDIA/

“Zəfər yürüşü” turniri kimi yarışlarda iştirakçıların sayının çoxalması sevindirici haldır. Yarışa fiziki cəhətdən hazırlaşmağa vaxtım olmamışdı. Buna görə də yarışda iştirak etmək mənim üçün çətin oldu.
AJMEDIA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Zəfər yürüşü” turnirinin triatlon yarışında idmançı kimi iştirak edən gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, turnirdə iştirak etməklə bağlı qərarı dünən axşam saatlarında verib. Yarışda iştirak etmək planda olmayıb: “Məsafə böyük deyildi və qərara gəldim ki, idmançılarla birlikdə qaçım. Səhər saatlarında velosiped sürmək barədə də düşündüm. Həm velosiped sürdüyüm, həm də qaçdığım üçün duatlon edə bildim. Hazırlaşmağa vaxtım olmadığı üçün bir az çətin oldu”.
F.Qayıbov velosiped sürdükdən sonra qaçmağın çətin olduğunu bildirən nazir hamını idmanla məşğul olmağa da çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts