Zəfər Günündə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü olacaq

Tokio, 7 noyabr , /AJMEDIA/

Noyabrın 8-də Zəfər Günü münasibətilə səhər saat 08:00-dan günorta saat 13:00-a qədər paytaxtın müxtəlif küçə və prospektlərində marşrut üzrə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur.
Bu barədə AJMEDIA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
Bildirilib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub: “Birinci marşrut Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, ikinci marşrut Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsi, üçüncü marşrut isə Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı istiqamətində olacaq”.
Hərəkət iştirakçılarına müraciət edən A.Əsgərli bildirib ki, yollar qeyd edilən saatlarda bağlı olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts