Zəfər Günü ilə əlaqədar “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda fləşmob keçirilib

Tokio, 7 noyabr , /AJMEDIA/

Zəfər Günü ilə əlaqədar “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə səfər təşkil edilib. Səfər iştirakçılarına Gürcüstanla sərhəddə yerləşən qoruq haqqında, bu qədim tarixi məkanda aparılan arxeoloji tədqiqat işləri barədə geniş məlumat verilib.
AJMEDIA xəbər verir ki, 44 günlük Vətən müharibəsi öz birliyini və gücünü nümayiş etdirən xalqımızın qalibiyyəti ilə başa çatdı. İki il öncə Azərbaycan xalqı həsrətlə gözlədiyi böyük və şanlı Qələbəsini qazandı. Qələbəmizin sevincini “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində “İlham Əliyev adına zirvə”də rayon ziyalıları, şəhid ailələri, Vətən müharibəsi qaziləri və 25-ə yaxın könüllü bir araya toplaşaraq yaşayıb. Zirvə ətrafında dövlət bayraqlarımız və şəhidlərin fotolarının əks olunduğu lövhələrlə fləşmob təşkil olunub.
Qarabağda şanlı tarix yazan qəhrəmanların xatirəsinə salınan bağda şəhid ailələri və qazilər Ağstafa rayonundan olan hər bir şəhidin xatirəsinə 1 ədəd badam tingi əkiblər.
“Rayonumuzun hər bir şəhidimizin adına badam ağacı əkdik. Ümumilikdə bu gün 200-dən çox badam ağacı əkildi. Bizim bu tədbiri keçirməkdə məqsədimiz şəhidlərimizin əziz xatirəsini yaşatmaq və onları heç vaxt yadımızdan çıxartmamaqdır”,- Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Nicat Vəkilov əlavə edib.
Səfər iştirakçılarına Ceyrançöl ərazisində aparılan arxeoloji tədqiqat işləri barədə geniş məlumat verilib. Qoruq ərazində arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələrinin sərgisi təşkil edilib.
Şəhid atası İlqar Quliyev təəssüratlarını bölüşüb: “Bu zirvəyə ilk dəfə gəldiyim üçün fərqli hislər keçirirəm. Otuz ildir torpaqlarımızın azad olması arzusu ilə yaşayırdıq. Müzəffər Ali Baş Komandanın və Ordumuzun sayəsində 44 günlük Vətən müharibəsində qələbə qazandıq. İndi övladlarımızın ruhu şaddır”.
“Vətən sərhəddən başlayır. Onun hər bir guşəsi, hər qarış torpağı bizim üçün əzizdir”,- deyə Vətən müharibəsi iştirakçısı, qazi Ozal Mustafazadə vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts