Yonhap: Şimali Koreya Şərq dənizi istiqamətində naməlum raket buraxıb

Tokio, 28 Sentyabr, /AJMEDIA/

Cənubi Koreyanın Yonhap xəbər agentliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) Şərq (Yapon) dənizi istiqamətində hələlik növü bilinməyən raket buraxması barədə xəbər yayıb.

AJMEDIA xəbər verir ki, agentlik Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinad edərək, raketlərin yerli vaxtla saat 6:40-da (Bakı vaxtı ilə 1:40) buraxıldığını bildirib.

Cənubi Koreya və ABŞ-ın kəşfiyyat qurumları KXDR-in buraxdığı raketlə bağlı təhlillər aparır.

Şimali Koreyanın raket buraxılışı KXDR liderinin bacısı Kim Yo-conqun Pxenyanın Seulun təklifi ilə Koreya müharibəsinin rəsmi olaraq başa çatmasını bəyan edə biləcəyini açıqlamasından bir neçə gün sonraya təsadüf edir.

Əgər buraxılan raketin ballistik olduğu təsdiqlənərsə, bu, cari il ərzində 3-cü ballistik raket buraxılışı olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts