Yonhap: KXDR Yapon dənizi istiqamətində raket buraxıb

Tokio, 18 fevral , /AJMEDIA/

KXDR-in bu gün Yapon dənizi istiqamətində ballistik raket buraxdığı ehtimal edilir.
AJMEDIA xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya hərbçilərinə istinadla məlumat yayıb. Raketin sürəti, hündürlüyü və uçuş məsafəsi ilə bağlı informasiya yoxdur.
Yaponiyanın sahil mühafizə xidməti də Şimali Koreyanın Yapon dənizi istiqamətində raket buraxdığını təsdiqləyib. Regionda üzən gəmilərə raket qalıqları aşkarladıqda onlara yaxınlaşmamaq barədə xəbərdarlıq edilib. Yaponiya Baş nazirinin dəftərxanası informasiyanın toplanması və təhlili üçün böhran qrupunun təcili iclasını çağırıb.
Qeyd edək ki, KXDR ötən il rekord sayda – 70 raket sınağı həyata keçirib. Hazırkı buraxılış isə bu il ikinci olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts