Yığmamızın Avropa çempionatının seçmə mərhələsi üçün ilkin heyəti açıqlanıb

Tokio, 1 Oktyabr, /AJMEDIA/

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçikada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb.

AJMEDIA xəbər verir ki, millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 1-dən 4-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Bakı toplanışından sonra Belçikaya gedəcək yekun heyət müəyyənləşəcək.

Hazırlıq prosesinə Xəyal Fərzullayev (“Sumqayıt”), Məmməd Muradov (“Qəbələ”), Həmzəalı Mikayılov (“Sabah”), Samir Ağayev, Ravil Qafarov (hər ikisi “Qəbələ”), Musa Məmmədov (“Qarabağ”), Murad Musayev (“Qəbələ”), Rüfət Abbasov (“Neftçi”), Rüfət Bədəlzadə (“Qəbələ”), Nihad Əliyev (“Qarabağ”), Fəxri Məmmədli (“Sabah”), Maksud Dursunov (“Dinamo Sankt-Peterburq”, Rusiya), Eşqin Əhmədov (“Qəbələ”), Murad Ələkbərov (“Zirə”), Adəm Topalov (“Səbail”), Murad Məmmədov (“Neftçi”), İbrahim Ağayarov (“Qarabağ”), Şahin Şahniyarov (“Qəbələ”), Nahid Əliyev (“Moskovskaya Zastava”, Rusiya), Tuncay Cəfərli (“Sabah”), Sənan Ağalarov (“Qəbələ”) və Sadiq Şəfiyev (“Turan Tovuz”) dəvət olunublar.

Millimiz oktyabrın 6-da Norveç, üç gün sonra Belçika, ayın 12-də Lüksemburq ilə qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts