Yeniyetmə cüdoçularımız Rumıniyada Avropa kuboku yarışında iştirak edəcəklər

Tokio, 6 may , /AJMEDIA/

Mayın 7-8-də Rumıniyada keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışında Azərbaycanı 20 cüdoçu təmsil edəcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Buxarestdə təşkil olunacaq turnirdə baş məşqçi Rüstəm Alimlinin rəhbərliyi ilə cüdoçularımız Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Məhəmməd Musayev, Şahin Oruczadə, Nicat Süleymanlı (55 kq), Fikrət Nəcəfov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev, Mehdi Cəfərov, Nihad Qaracayev (66 kq), Süleyman Əliyev, Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Fərid Niyazov, Tamerlan Cabbarov (90 kq) və Ramazan Əhmədov (+ 90 kq) mübarizə aparacaqlar.
Qızlardan ibarət milli komanda isə yarışa məşqçi Elnur İsmayılovun rəhbərliyi ilə qatılacaq. Turnirdə yığma üzvlərindən Xumar Qasımzadə (44 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Nigar Süleymanova (+ 70 kq) güclərini sınayacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts