Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ olub

Tokio, 22 may , /AJMEDIA/

Mayın 22-də yerli vaxtla 12:24 dəqiqədə Yaponiyanın şimal şərqində 5,8 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Fukuşima prefekturasının sahillərində, ocağının 30 kilometr dərinlikdə yerləşdiyi qeyd olunur.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-in operatorunun yaydığı məlumata görə, stansiya ərazisində ştatdankənar vəziyyət qeydə alınmayıb.
Yeraltı təkanlar Yaponiyanın şimalında və şimal-şərqində yerləşən prefekturalarda da hiss edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts